Baş nazirin sədrliyi ilə iclas keçirildi, Böyük Qayıdışa dair Dövlət Proqramı MÜZAKİRƏ EDİLDİ 

Hazırda oxunan: Baş nazirin sədrliyi ilə iclas keçirildi, Böyük Qayıdışa dair Dövlət Proqramı MÜZAKİRƏ EDİLDİ 

121111

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəalliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub. 

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib. 

İclasın yekununda “Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında” nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin