“ATƏT-in Minsk Qrupunda yer alan üçlük, bu günə kimi nə etdiniz? Azərbaycanın torpaqlarını işğaldan qurtardınız? Yox, sadəcə ermənilərə silah göndərdiniz və o silahlarla sülh istəyə bilməzsiniz. Çünki dürüst deyilsiniz.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridəki çıxışında deyib.
O qeyd edib ki, Türkiyə dürüst olaraq qardaşlarının yanında yer aldı, bundan sonra da yer almaqda davam edəcək: Ermənilərin başlatdığı hücum Azərbaycan torpaqlarını qurtarma mücadiləsinə çevrildi. Evləri bombalanan Nigar qızımızı dünən televiziyada izlədim. O, dərdlərini anladırdı, gözləri yaşlı... Biz onların gözlərini yaşlı buraxmayacağıq. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mücadilədən zəfərlə çıxacaq”.
Ərdoğan əlavə edib ki, azərbaycanlıları qətlə yetirənləri görməyənlərin, kar-kor olanların indi "döyüşü dayandırın" açıqlamaları riyakarlıqdır. İşğalın arxasında da məhz onlar var.
Bizim.Media