2 gün sonra İlham Əliyevlə Paşinyan görüşə bilər - GÖZLƏNTİLƏR

Hazırda oxunan: 2 gün sonra İlham Əliyevlə Paşinyan görüşə bilər - GÖZLƏNTİLƏR

120861

Fevralın 17-19-u tarixlərində Münhendə ənənəvi Təhlükəsizlik Konfransı keçiriləcək. Bir çox liderin, yüksək rütbəli diplomatın və ekspertin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcək. Bu fonda onların görüşəcəyi də istisna edilmir. 

Qeyd edək ki, Münhendə konfransla yanaşı müxtəlif mövzularla bağlı debatlar da keçirilir. Belə debatlardan biri 3 il öncə Qarabağ mövzusuna həsr edilib. Həmin debatda İlham Əliyevlə Nikol Paşinyan da iştirak ediblər.
Qeyd edək ki, həmin vaxtı torpaqların azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi hələ başlamamışdı.

Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir.

Azərbaycan Prezidenti isə faktlarla çıxış edərək, Paşinyanı küncə sıxmışdı. Həmin debatdan 7 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi. 

Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədov düşünür ki, Münhendə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş baş tutsa da, nəticəyə hesablanmış görüş olmayacaq:

“Sülh danışıqları ilə bağlı Ermənistan tərəfi dünən elan etdi ki, onlar növbəti dəfə düzəliş edərək, müqavilənin mətnini Azərbaycan tərəfə yollayıblar. Lakin elə dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirdi ki, həmin müqavilədə onlar Bakı-Xankəndi dialoqu və bu prosesdə beynəlxalq iştirakın vacibliyini qeyd ediblər.

Azərbaycan tərəfi də dərhal cavab verərək bildirib ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin ümumiyyətlə Qaravağın adını çəkməsi ölkəmizin daxili işlərinə qarışmaqdır.

Yəni İrəvan belə bir formatda sülh müqaviləsi şərtlərilə çıxış edirsə, onun liderlər səviyyəsində müzakirə edilməsi nəticəsiz qalacaq. İkinci bir tərəfdən, ABŞ Dövlət Departamentinin katibi də Münhendə olacaq.

Blinkenin Azərbaycan Ermənistan danışıqlar prosesinə yüksək səviyyədə cəlb olunduğu və xanım Donfridin də az qala hər axşam iki ölkənin XİN rəhbərlərilə danışdığını nəzərə alsaq, demək olar ki, Münhendə bəlkə Vaşinqtonun vasitəçiliyilə görüş olacaq.
Onun vasitəçiliyilə görüş böhranlı vəziyyəti aradan qaldırmaq üçün yol xəritsinin müəyyənləşdirilməsinə yönələ bilər. Amma nəticəyə hesablanmış danışıq və yaxud görüşün keçiriləcəyini gözləmirəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin