Bu gün Müasir Müsavat Partiyasına və şəxsən mənə qarşı cəmiyyətdə böyük maraq var. Hamı partiyamızla maraqlanır, istər sadə vətəndaşlar olsun, istərsə də siyasətçilər. Hazırda hamı mənim çıxışlarımı sadaladığım faktları müzakirə edir. Çünki doğruları deyirəm. Müxalifətin yeganə lideri özüməm, bunu hər kəs sezə bilər. Mən bu gün özümü böyük təhlükə altına ataraq Azərbaycandakı çirkli məmurları ifşa edirəm. Bu məmurlar prezidentə xəyanət etmiş şəxslərdir.
Bunu Moderator.az - a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, o, artıq nazirliklərə gedərək məmurlarla görüş keçirməyə cəhd edir:
“Mən demişəm, bir də deyirəm. Ölkəm üçün, İlham Əliyev üçün hər şey etmişəm, edəcəm də. Mən bu rüşvətxor məmurlara səslənib dedim ki, özlərini yığışdırsınlar. Amma bir xeyri olmadı. Həyatımı təhlükəyə ataraq onların nazirliyinə getdim. O, məmurlar biləndə ki, Hafiz Hacıyev gəlib, yüzlərlə qoluzorlu dəstələrini tükdülər mənim üstümə. Mənimlə görüşdən qaçdılar. Hazırda demək olar ki, ev dustaqlığındayam. Amma mübarizəmdən bir addım da geri çəkilməyəcəm. Ölkəmiz iqtisadi böhran keçirir, məmurların xaricdə bahalı mülkləri, torpaq sahələri, milyardlarla pulu var. O məmurlar pullarından 1-cə milyardını ölkəyə gətirsələr Azərbaycan bu çətin durumdan çıxar. Onlara da heç nə olmaz. Amma etmirlər, çünki xəyanətkardılar. Həm pul hərisi, həm də prezidentə xəyanət edən şəxslərdi. Həsən Əliyev prospektində yerləşən villalar araşdırılsa məlum olacaq ki, o evlər ayda 1000-2000 maaş alan məmurlar tikdirib. Ortaya sual çıxır, bu məmur qiyməti milyonlarla ölçülən villanı hansı pula tikdirib? Cavab çox sadədər. Xalqdan oğurlanan pulla, sənin - mənim, bizim pullardır. Prezident bunların hansı birinə nəzarət etsin? Ətrafı ona kömək etməlidir. İlham Əliyev səmimi və vicdanlı siyasətçi, dövlət başçısıdır. Hər zaman da prinsipial siyasət yeridib. Xalqımız onun ətrafında birləşməli və bu məmurlara öz yerlərini göstərməlidir.”x9d






























































































