“Tələbələrimiz ölkəyə pulsuz gətirilməlidir” - Deputatdan ETİRAZ 

Hazırda oxunan: “Tələbələrimiz ölkəyə pulsuz gətirilməlidir” - Deputatdan ETİRAZ 

120834

“Türkiyədə 27 minə yaxın təhsil alan azərbaycanlı tələbə var. Onlayn təhsilə keçidlə bağlı tələbələr Azərbaycana gəlmək istəsə də bilet bahalığı ucbatından bunu edə bilmirlər. Quru sərhədlər isə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Razı Nurullayev bildirib.

Deputatın sözlərinə görə tələbələrimizin ölkəyə gətirilməsi pulsuz təşkil edilməlidir:

“Onlar Azərbaycan vətəndaşlarıdır və planlaşdırlmamış təbii fəlakətin nəticəsində bu ağır vəziyyətə düşdülər. Tələbənin pulu olmur, hər zaman maddi dəstəyə ehtiyacı var.
Ona görə də hökumət bununla bağlı qərar verib, onları pulsuz olaraq çarter reysləri ilə Azərbaycana gətirməlidir. Niyə öz vətəndaşlarımızdan pul güdməliyik? Bu gün Azərbaycan vətəndaşları, hökumətlə birgə səfərbər olaraq Türkiyəyə kömək edir.

Biz də səfərbər olub tələbələrimizi ölkəyə gətirməliyik. Onları gətirməyə dövlətimizin gücü yoxdurmu? Təbii ki, var. Sadəcə təşkil etmək lazımdır.

Bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Tələbələrin ölkəyə gətirilməsi pulsuz təşkil edilsə, dövlətimiz, xalqımız adına şərəfli bir iş olar”, - deyə Razı Nurullayev əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin