Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək - RƏSMİ

Hazırda oxunan: Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək - RƏSMİ

120815

"Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyəyə dəstəyini davam etdirəcək".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib.

Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.
XİN başçısı Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.

C.Bayramov qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin