Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO

120470

Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. 

Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib.  
Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin