“Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
“Belarus Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib” - SƏFİR
Prezident bildirib ki, pandemiyadan sonra qısa müddətdə vəziyyəti bərpa ediləcək:
“Bütövlükdə pandemiyadan əvvəlki son illərdə bizim ticari-iqtisadi münasibətlərin çox fəal dinamikası, idxal və ixrac etdiyimiz malların çeşidinin genişlənməsi müşahidə olunurdu”.
Bizim.Media