Ermənilərin Qarabağda törətdiyi ekoloji cinayətləri sübut edəcəyik – RƏSMİ 

Hazırda oxunan: Ermənilərin Qarabağda törətdiyi ekoloji cinayətləri sübut edəcəyik – RƏSMİ 

120220

“Azərbaycan Avropa Məhkəməsinə Ermənistana qarşı üç dövlətlərarası şikayət göndərmişdi. Növbəti şikayət ötən ilin sonlarında Laçının Zabux və Sus kəndlərində ermənilər tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı olub. Şikayətlə bağlı hələ ki, icraat başlamayıb. Lakin birinci şikayətlə bağlı icraat başlanılıb, hazırda tərəflərin mövqeləri artıq Avropa Məhkəməsinə bildirilib.

Biz gözləyirik ki, Avropa Məhkəməsi bu il ərzində heç olmasa, bu şikayətin mümkünlüyü ilə bağlı qərar qəbul etsin və biz artıq mahiyyət üzrə öz dəlillərimizi təqdim edək”.

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı həmin şikayətə beynəlxalq konvensiya çərçivəsində baxılacaq: 

“Xarici İşlər Nazirliyi tərəfindən çox məzmunlu şikayət göndərilib. Hesab edirəm ki, ermənilər tərəfindən törədilmiş ekoloji cinayətləri sübut edə biləcəyik və onların məsuliyyətə cəlb edilməsinə nail olacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin