"Üçtərəfli razılaşmaların icrası üçün hər şey edəcəyik" - Volodin 

Hazırda oxunan: "Üçtərəfli razılaşmaların icrası üçün hər şey edəcəyik" - Volodin 

120218

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodin Qarabağı müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan bu məsələnin həllində Rusiya Prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirir.

Dövlət Dumasının sədri öz növbəsində Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib, onların Ukraynadakı fəaliyyətinin nəyə gətirib çıxardığını xatırladıb. Vyaçeslav Volodin vurğulayıb ki, məsələnin həlli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı sazişə əsaslanmalıdır.
“Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının liderləri səviyyəsində qəbul olunmuş qərarlar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”, - deyə Dumanın spikeri vurğulayıb. 

Volodin Avropa institutları istiqamətində bəyanatlar verənlərin sadəcə olaraq ölkəni itirə biləcəklərini də söyləyib. 

“Avropa Parlamentinə müraciət etməzdən və bu qurumu bəzi məsələlərin həllinə cəlb etməzdən əvvəl cavab verməliyik: ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur. Ukraynada baş verənlərə baxın, Almaniya kansleri Merkel, sonra isə Fransa prezidenti Olland hansı bəyanatlar verdilər. İndi göründüyü kimi, onlar bütün dünyanı aldadıblar, yalan danışıblar və özləri də müharibəyə hazırlaşıblar”, - deyə Volodin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin