“Azərbaycanda dəfələrlə olmuşam. Mən hələ xarici ticarət naziri olduğum zaman ölkənizə səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam”.
Bizim.Media xəbər verir ki, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Prezident İlham Əliyev ilə görüşdə deyib.
“Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi”, - deyə Adolfo Urso bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:34 / 13.02.2023
İtaliyalı nazir: "Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi"
Hazırda oxunan: İtaliyalı nazir: "Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi"
Hazırda oxunan: İtaliyalı nazir: "Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi"
120189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.