2023-cü ilin növbəti SÜRPRİZİ – ABŞ-ın vurduğu naməlum obyekt kimə məxsusdur?

Hazırda oxunan: 2023-cü ilin növbəti SÜRPRİZİ – ABŞ-ın vurduğu naməlum obyekt kimə məxsusdur?

120154

Yüz illərdir ki, bəşəriyyəti ən çox maraqlandıran suallardan biri Yerdən kənarda yaşamın olması məsələsidir. Yadplanetlilərin varlığı ətrafında müzakirələr səngiməsə də, hələ də birmənalı nəticə yoxdur. Vaxtaşırı yadplanetliləri gördüyünü iddia edən şəxslər gündəmə gəlib, diqqət çəkməyi bacarır. Lakin real sübutlar nədənsə üzə çıxmır.

Son günlərdə isə bu məsələ yenidən gündəmə gəlib. Belə ki, üç gün ərzində Şimali Amerikada mənşəyi bəlli olmayan 3 uçan naməlum obyekt (UNO) ABŞ və Kanada hava qüvvələri tərəfindən vurulub.

Eyni zamanda bu günlər ərzində dünyanın  fərqli yerlərində, Tayvan, Yaponiya, Ukrayna, Uruqvay və Meksikada oxşar səkkizguşəli UNO-nun görüldüyü ilə bağlı məlumatlar paylaşılıb.

Digər tərəfdən Pentaqon Huron gölü üzərində vurulan obeyktlə bağlı fevralın 12-də jurnalistlərin iştirakı ilə brifinq keçiriləcəyini elan edib. Lakin mətbuat konfransı başlamasına bir neçə saat qalmış ləğv edilib. Bununla da, dünya mətbuatı Pentaqonun yeganə rəsmi açıqlaması ilə yetinməyə məcbur olub. Açıqlamada Prezident Co Baydenin təlimatı ilə mümkün izləmə ehtimalı olan naməlum obyektin Huron gölü üzərində vurulduğu qeyd olunub.

Vurulan cisim yadplanetlilərə məxsusdur, yoxsa?

Dünya mətbuatı və astroloqlar tərəfindən vurulan cisimin mənşəyi ilə bağlı iki əsas iddia səslənməkdədir:

1. Sözügedən cisim ABŞ tərəfindən hazırlanan yeni texnologiya, daha dəqiqi 6-cı nəsil döyüş təyyarəsidir. Bu iddianın əsasını təşkil edən başlıca mənbə Nevada ştatında yerləşən 51-ci bölgənin peyk görüntüləridir. Belə ki, bölgənin yanvarın 26-da yayılan peyk görüntülərində 51-ci sahədəki anqarlarda indiyədək heç vaxt görünməyən bir təyyarə aşkar edilib. Müvəqqəti anqarın içərisində nümayiş etdirilən təyyarənin uzunluğunun təxminən 20 metr, eninin isə 15 metr olduğu təxmin edilir. Mütəxəssislər, adı hələ məlum olmayan və delta qanad quruluşuna malik olan təyyarənin struktur olaraq Rusiyanın istehsalı “SU-27 Flanker” təyyarəsinə bənzədiyini bildirir.

2. NASA-nın kosmosa göndərdiyi siqnallar öz nəticəsini verib və yadplanetlilər dünya ilə əlaqəyə keçiblər. 2022-ci ilin aprel ayından etibarən NASA tərəfindən yerin koordinatlarını özündə ehtiva edən siqnalların qalaktikaya göndərilməsinə başlanılıb. “Qalaktikada mayak” adlı layihənin əsas məqsəd yadplanetlilərə Yer planetində yaşamın olduğu haqqında informasiya ötürmək idi. Və dünyanın bir çox yerlərində eyni vaxtda ortaya çıxan görüntülər NASA-nın çağırışına cavabın gəldiyi ehtimalını artırır.

Əgər bu ehtimal doğrudursa...

Yadplanetlilərin dünya ilə əlaqəyə keçməsi ilə bağlı mütəxəssislərin fikirləri isə heç də bəşəriyyət üçün müsbət sayıla bilməz. 

Oksford Universitetinin alimi Tobi Ord qeyd edib ki, burada əsas aktual problem inkişaf etmiş sivilizasiya problemidir:

“Yadplanetlilərin bizdən daha yüksək və ya aşağı inkişaf səviyyəsinə malik olması bizə məlum deyil və bu məsələdə elmi konsensus yoxdur. Lakin Yerdən göndərilən mesajları ala biləcək sivilizasiyaların bizdən daha yüksək inkişaf səviyyəsinə sahib olmaq ehtimalı daha böyükdür. Bu da NASA-nın addımın doğuracağı təhdidin, əladə edəcəyi faydadan daha böyük olması təhlükəsini yaradır”.

Dahi fizik Stiven Hokinqin 2010-cu ildə dediklərini də xatırlatmaq yerinə düşər:

“Bunun risklərini görmək üçün dünyadakı müxtəlif sivilizasiyalar arasında əlaqələrə baxmaq kifayətdir. Yer kürəsində müxtəlif texnoloji inkişaf səviyyələrində sivilizasiyalar arasında qarşılıqlı əlaqə daha az inkişaf etmiş qrup üçün çox da yaxşı nəticə vermir. Avropalıların Amerika qitəsinə gəlişinə nəzər salmaq bunun acı nəticələrini görmək üçün yetərlidir”.

Əksəriyyəti düşündürən sual isə budur:

Dünyanı ağuşuna alan pandemiya, ardıcıl baş verən təbii fəlakətlər estafetini yadplanetlilərmi təhvil alacaq?

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin