Cənubi Qafqaz bölgəsinə ABŞ və Rusiya rəsmilərinin intensiv səfərləri nədən xəbər verir? - ŞƏRH

Hazırda oxunan: Cənubi Qafqaz bölgəsinə ABŞ və Rusiya rəsmilərinin intensiv səfərləri nədən xəbər verir? - ŞƏRH

119723

SƏFƏRLƏR ÇOXALIB. Telefon danışıqlarında da intensivləşmə var. Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında da telefon danışığı olub. 

XİN-in məlumatına görə, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıb.

C. Bayramov Laçın yolunda etiraz aksiyasının legitim və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Bölgədə guya "blokada” və "çətin humanitar vəziyyət” barədə heç bir dəlillərin olmadığı barədə faktlar diqqətə çatdırılıb.

Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməsi kimi öhdəliklərin kobud pozuntusu bir daha xatırlanıb.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Cənubi Qafqaz bölgəsində gərginlik artır və onun nəticəsi olaraq da ABŞ regionda öz mövcudluğu və təsir imkanlarını nümayiş etdirməklə prosesdə aktiv olduğunu göstərməyə çalışır:

“Bölgəmizdə gərginlik artır. Onu da yaradan, Ermənistan və onun havadarlarıdır. İrəvan-Tehran münasibətləri, Fransanın müdaxiləsi, Hindistanın Ermənistana silah satışı, bütün bunları bir yerə toplayanda görürük ki, yenidən Cənubi Qafqaz ətrafında neqativ əmsallar artır.

Bunun nəticəsidir ki, ABŞ da regionda öz mövcudluğu və təsir imkanlarını nümayiş etdirmək istiqamətində aktivliyini artırır. göstərir. Ölkəmizin mövqeyini yaxından bilən şəxs olaraq Azərbaycan XİN başçısının üzərində olan bir nömrəli vəzifə Prezident İlham Əliyevin mövqeyinin tərəflərə çatdırılmasıdır. Azərbaycanın mövqeyi isə Ermənistanın tez bir zamanda sülhə hazır olduğunu bildirməsidir. Amma kənar müdaxilələr səbəbindən prosesin uzandığını görürük”.

Həmsöhbətimiz qeyd edir ki, Aİ və Fransa tərəfindən bölgəyə müşahidəçi adı ilə gətirilənlər heç də yaxşı niyyətlə gəlməyiblər:

“Azərbaycanın bununla bağlı haqlı narahatlığı var. Digər tərəfdən, Azərbaycan istənilən mənfi təhlükənin qarşısını almağa hazırdır. Güman ki, telefon danışığı zamanı müəyyən məsələlərlə bağlı məsləhətləşmələr aparılıb. ABŞ güc mərkəzi olaraq regionda nə baş verdiyindən məlumatlı olmağa və Bakının mövqeyini yaxından öyrənməyə çalışır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin