Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalının Türkiyədəki zəlzələ ilə bağlı karikatura dərc etməsi beynəlxalq qınaq mövzusu olub. Hətta türkiyə ilə müəyyən gərginlik içində olan Yunanstan belə fransızlara cavab verib.
Amma çox təəssüf ki, Fransanın “bacısı" olan Ermənistanda da bu cür münasibət sosial şəbəkələr üzərindən sərgilənir. Ermənistan vətəndaşlarına aid teleqram kanallarında və digər sosial şəbəkə vasitələrində Fransadakı sevincə şərik çıxıldığı açıq şəkildə nəzərə çarpır.
Ermənilər Türkiyədə baş verən təbii fəlakətdən sevindiklərini qətiyyən gizlətmirlər, bundan məmnun olduqlarını açıq şəkildə ifadə edirlər.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov belə qeyri-insani hərəkətlərə yol verənləri insaniyyətdən uzaq məxluqlar adlandırdı:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır
“Planetimizin hər hansı bir yerində təbii fəlakət yaşanırsa və buna hər hansı bir ölkədə kimlərsə sevinirsə, onlar insan deyillər. Onlar sadəcə əcaib məxluqdurlar. Türkiyənin timsalında isə böyük faciəvi fəlakətdən söhbət gedir. Görünür, təbiət də bəzən səhv edir ki, belə məxluqlar dünyaya gəlir. Sosial şəbəkələrdəki məlumatlardan da göründüyü kimi, Ermənistan və Fransada Türkiyədə yaşanan fəlakətdən sevinənlər var.
Bu isə bir daha qeyd edirəm ki, onların insan olmadığı, məxluq olduqlarının göstəricisidir.
Amma Paşinyan Türkiyə Prezidenti Ərdoğana telefon zəngi açaraq, xilasetmə işlərində kömək etməyə hazır olduğunu bildirib. Türkiyə Prezidenti də söyləyib ki, belə addımlar nəticə etibarı ilə regionda gərginliyin azaldılması və İrəvanın konstruktiv mövqeyə qayıdışına işarədir”.
Rüfət Sultan, Bizim.Media