“Əfv üçün müraciətlər var, qərarı dövlət başçısı verəcək” – Zahid Oruc 

Hazırda oxunan: “Əfv üçün müraciətlər var, qərarı dövlət başçısı verəcək” – Zahid Oruc 

11940

Demək olar ki, hər il ənənəvi olaraq Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayır.

Prezidentin bu humanist addımı sayəsində yüzlərlə insan öz azadlığına qovuşur. Neçə-neçə ailələr bayramı illərlə görmədikləri valideynləri, övladları və yaxınları ilə qeyd edilər.

Novruz bayramı yaxınlaşdıqca yaxınları məhbus olan bir çox insan ümidlə əfv fərmanını gözləyir.

Bu il əfv fərmanı imzalanacaqmı? 

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc Bizim.Media-ya açıqlamasında bildirdi ki, Konstitusiyanın 109-cu maddəsinə əsasən, əfv səlahiyyətləri müstəsna olaraq Prezident İlham Əliyevə məxsusdur:
 

MÖVZU İLƏ BAĞLI:

Zahid Oruc: “Milonov Rusiya dövləti demək deyil”


“Əfv Məsələləri Komissiyasının tərkibi yenidən formalaşıb. Hazırda müraciətlər həqiqətən də çoxdur".

"Əfv sistemi dövlətin humanizliyinin bariz nümunəsidir. 25 il ərzində 66 dəfə əfv qərarı və 10 dəfə amnistiya təşəbbüsü gerçəkləşib".

"Bu ölkədə barış, həmrəyliyə, ictimai siyasi asayişə və təhlükəsizliyə yalnız müsbət təsir edib. İnsanlar böyük ümidlə müraciət edərək hər biri ikinci dəfə şans istəyir. Dövlət 40.000 insana bu qərarları tətbiq etməklə həqiqətən də vətəndaşına dəyər verdiyini nümayiş etdirib”.

Deputat hazırda bir çox insanın əfv fərmanını gözlədiyini vurğuladı.

Onun sözlərinə görə, insanlar qalib ölkədən, bu zəfərin əldə olunmasına böyük əmək sərf edən Ali Baş Komandandan müəyyən addımlar gözləyirlər.

 

“Şəhid ailələrinin, qazilərin yaxınları, eləcə də Vətən savaşında vuruşan insanların adından gələn müraciətlər ümumi yazılan məktubların içində xüsusi bir yer tutmaqdadır".


"Bir daha qeyd edim ki, əfv fərmanının nə zaman həyata keçiriləcəyi barədə qərar yalnız dövlət rəhbərliyinin səlahiyyətində olan qərardır.

"Bəzi çətin durumda olan ailələr, tənha yaşayan qadınlar, yaşlı insanlar, himayəsində azyaşlı uşaq olan vətəndaşlar var. Yekunda bu vəziyyətlər nəzərə alınacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin