"Azərbaycan başda olmaqla, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi ölkələr dəstəyini ifadə ediblər".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda xalqa müraciəti zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Zəlzələ qurbanlarının sayı 9057-yə ÇATDI
"Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı isə rəsmilər bizə dəstəklərini davam etdirəcəklərini bildiriblər. Bütün köməklik göstərən ölkələrə millətimiz adından təşəkkür edirəm", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, axtarış xilasetmə əməliyyatlarında 18 ölkə nümayəndələri iştirak edir:
"Proses davam edir. Hataydakı universitet xəstəxanası da artıq xəsarət alanları qəbul etməyə başlayacaq".
Bizim.Media