“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə baş vermiş zəlzələ ilə bağlı əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.
“Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev: “Azərbaycanlı könüllülər Türkiyəyə yola düşür”
Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”, - deyə Prezident bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Bizim.Media