"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.
“Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir”.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi”
Dövlət başçısı bildirib ki, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir:
“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.
Azərbaycan Prezidenti ictimai təşkilatlarımızın da dəstəklərini göstərdiklərini vurğulayıb:
“Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar.
Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.
Bizim.Media