VHP niyə yarandı?- Sabir Rüstəmxanlı: “1992-ci ildə ölkədə separatçılıq at oynadırdı” 

Hazırda oxunan: VHP niyə yarandı?- Sabir Rüstəmxanlı: “1992-ci ildə ölkədə separatçılıq at oynadırdı” 

11917

“O vaxt respublikada separatçılıq at oynadırdı, Azərbaycanı parçalamaq istəyən qüvvələr üz-üzə gəlmişdi.

Biz onda ölkənin bütün vətəndaşlarına bir gözlə baxmaq, heç bir ayrı-seçkilik olmayan ideyanı irəli sürdük.

M.Ə.Rəsulzadənin 30-cu illərdə irəli sürdüyü və zəruri hesab etdiyi milli birlik nəzəriyyəsinə söykənərək 1992-ci ildə bu partiyanı yaratdıq”.

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Sabir Rüstəmxanlı: “2020-ci ili mənfi ilə müsbət arasında yaşadıq”


Qeyd edək ki, millət vəkili sonuncu qurultaydan sonra bir daha VHP-nin sədri seçilib: 

“II Qarabağ savaşı ərəfəsində ölkənin ümumi siyasi-ideoloji xətində partiyalarla dialoqun müasir, sivil qaydada qurulması tələbi ortaya çıxdı. Prezident Aparatında belə bir şöbə yaradıldı.

Ayrı-ayrı partiyalar ilə bu dialoq start verdi və 50 partiya birgə bəyanat imzaladı. Bundan sonra müxtəlif mübahisəli məqamlarda beynəlxalq təşkilatlara da müraciətlər oldu. 

Sevinirəm ki, 29 ildən sonra bizim partiyanın irəli sürdüyü vətəndaş həmrəyliyi respublikanın bütün siyasi qüvvələrinin ümumi bir xəttinə çevrilib. Həmrəylik, birlik bu dəqiqə üçün hamımızın əsas yolu və istəyimizdir”.

Millət vəklili bildirdi ki, partiyanın Qarabağın bütün rayonları üzrə təşkilatları var:

“Laçın, Qubadlı, Kəlbəcər... hamısında təşkilatlarımız var. Amma təbii ki, həmin təşkilatlar Bakı və respublikanın digər rayon mərkəzlərində yerləşir. 

Şübhəsiz ki, Qarabağ bərpa olunandan sonra həmin təşkilatlar təmsil etdikləri rayonlara qayıdacaq”, - deyə Sabir Rüstəmxanlı fikrini bitirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin