Dövlət başçısı: ''Bütün şəhərlərin baş planı hazırlanır''

Hazırda oxunan: Dövlət başçısı: ''Bütün şəhərlərin baş planı hazırlanır''

11908

“Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlayıb”.

Bizim.Media-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Zəngilan rayonunda olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçını da, Şuşanı da eyni adamlar satıb'' - İlham Əliyev 


“Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılıb.

Bir neçə ev qalıb. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı bax bu günə qoyub mənfur düşmən.

Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək.

Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım”,-deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin