Zərdüşt Əlizadə Arutyunyanla görüşdən danışdı: “İnsani əlaqə qurulmalıdır”

Hazırda oxunan: Zərdüşt Əlizadə Arutyunyanla görüşdən danışdı: “İnsani əlaqə qurulmalıdır”

11895

Erməni tərəfi xəbər yayıb ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb.

Bizim.Media mövzu ilə bağlı siyasətçi Zərdüşt Əlizadə ilə əlaqə saxladı. Politoloq saytımıza açıqlamasında bildirdi ki, müxtəlif versiyalar yazırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Araik Arutyunyanla görüşün məqsədi nə idi...


Rəsmi fərziyyə ondan ibarətdir ki, Azərbaycanın ali vəzifəli işçisi rus sülhməramlılarının komandirinin iştirakı ilə Araik Arutyunyanla söhbət eləyib, onu sorğu-suala çəkib: 

“Bizim tərəf deyir ki, görüşə səbəb I Qarabağ müharibəsində 4 min civarında itkin düşən insanın taleyi ilə maraqlanmaq olub. Başqa məsələlərin də müzakirə olunduğunu istisna etmirəm. 
 

Çünki həqiqətən də Bakının qarşısında duran əsas vəzifələrdən biri də Dağlıq Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Biz çalışmalıyıq ki, ağıllı olaq.


Bu 90-cı illərin əvvəli deyil ki, kimisə kimisə qovur, öldürür və cəzasız qalır. 
Azərbaycan erməni tərəfinin törətdiyi cinayətlər barəsində geniş tədqiqat aparır və onları məhkəməyə verməyə hazırlaşır. Erməni tərəfi də Azərbaycanın törətdiyi səhv, yaxud cinayətləri toplayır və məhkəməyə müraciət edəcəklər. Yəni artıq hüquq gəlib Cənubi Qafqaza çatıb”.

Zərdüşt Əlizadənin fikrincə, belə bir şəraitdə bəzi “başdanxarabların Qarabağı ermənilərdən təmizləməliyik” çağırışı, düşüncəsi mümkünsüzdür. 
 

“Qarabağın sülhməramlıların nəzarətində olan hissəsini Azərbaycana tam qaytarmaq istəyiriksə, Prezident İlham Əliyev demişkən, ermənilərin təhlükəsizliyinə heç bir xətər gəlməyəcək. Onlar Azərbaycanda digər vətəndaşlarımız kimi yaşaya bilərlər.


Bunun üçün isə, Azərbaycan əsilli azərbaycanlılarla, erməni əsilli azərbaycanlılar arasında insani əlaqə qurulmalıdır”.

Politoloqun sözlərinə görə, bunun üçün Azərbaycan tərəfi Qarabağdakı bütün ermənilərin qayğılarını qarşılamalı, onların təminatlarını öz üzərinə götürməlidir.

Bunun üçün isə ermənilərlə işləməliyik: 

“İşləyəndə də kiminlə işləməliyik? Hansı anonim adamla? İş elə gətirib ki, bir müddət Qarabağı itirmişdik. Orada qondarma bir qurum yaranmış və başında bir adam dururdu. Həmin adamı isə yerli ermənilər özünün rəhbəri kimi tanıyır.
 

Azərbycan tərəfi təkamül yolu ilə gedərək onunla əlaqə yaradıb, danışıb. İnşallah ruslar da bu işə mane olmaz, türklər də bizə dəstək olar və yavaş-yavaş həmin erməniləri Azərbaycana qovuşdurarıq”.


Zərdüşt Əlizadə qeyd etdi ki, 5-10 ilə ermənilərlə münasibətlər yaxşılaşandan sonra Azərbaycan təşəkkür edərək rus sülhməramlıları ilə də sağollaşa bilər. 

“Onda bütün Qarabağ Azərbaycana qayıdacaq. O şərtlə ki, biz ermənilərə hörmətlə yanaşaq”.

“Görüşü tənqid edən, şivən çıxardan başıboş adamlara fikir vermək lazım deyil. Həmin növdən olan insanların fəaliyyəti nəticəsində biz vaxtı ilə Qarabağı itirmişdik”, - deyə politoloq Zərdüşt Əlizadə fikrini yekunlaşdırdı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin