Amerikalı analitik: “Azərbaycan İrana qarşı konkret addımlar atmalıdır”

Hazırda oxunan: Amerikalı analitik: “Azərbaycan İrana qarşı konkret addımlar atmalıdır”

118806

“İran Azərbaycana qarşı təcavüz aktı törədib. Diplomatik mərkəzə hücum müharibə aktıdır. Bir çox ölkələr bu cür hərəkətlərdən sonra diplomatik münasibətləri dayandırır. İranın Azərbaycana qarşı təcavüzü son bir neçə ildə artmaqdadır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı amerikalı ekspert İrina Tsukerman deyib.

O bildirib ki, İranın Azərbaycana qarşı xain münasibəti yeni deyil və hazırda İran ərazisi kimi tanınan tarixi Azərbaycan torpaqlarında 40 milyon azərbaycanlının olması Tehran rejiminin qorxulu kabusudur.

“O, İkinci Qarabağ Müharibəsi zamanı ermənilərə dəstək verib, silah daşıyıb, ölkənin milli suverenliyini pozaraq Azərbaycana casus və terrorçular göndərib. Azərbaycanın Londondakı səfirliyinə əvvəlki hücumla bağlı da İrandan şübhələnmək lazımdır. Daha bir casus və terror təşkilatının 39 üzvünün son həbsləri göstərir ki, İran bu cür fəaliyyətdən əl çəkmək bir yana, mənfi addımlarını daha da artırıb.

Qonşuluq münasibətlərinə və beynəlxalq hüquq normalarına məhəl qoymadan, Azərbaycan üçün qarışıqlıq və problemlər yaratmağa çalışır və düşmənçilik modeli getdikcə daha da artmaqdadır. Azərbaycan səfirliyini evakuasiya etməklə, sərhədlərinə göndərilən casusları həbs etməklə düzgün addım atdı.”, - deyə İ.Tsukerman bildirib. 

Bir çox ölkələrin İrana sanksiyalar tətbiq etdiyi bütün dönəmlərdə Azərbaycan qonşuluq münasibətlərini üstün tutaraq sözügedən sanksiya və embarqolara qoşulmayıb.

Siyasi analitik hesab edir ki, artıq Azərbaycan İranla bağlı konkret addımlar atmalıdır və ona qarşı sanksiyalarda iştirak etməlidir:

“İrana qarşı beynəlxalq sanksiyalara qoşulmaq Azərbaycanın milli maraqları ilə bağlı Tehrana güclü mesaj verəcək və digər ölkələri də İranın işğalçılıq və beynəlxalq təhlükəsizliyə və sabitliyə təhlükə törətmək aktlarına daha ciddi yanaşmağa sövq edəcək. İran dəyişmək niyyətində deyil.
Hətta onun əhalisi də görür ki, nə islahatlara, nə də daxili müsbət dəyişikliklərə imkan yoxdur. Ən azı onun cilovlanması və daha çox ziyan vurmasının və başqa ölkələrin işlərinə qarışmasının qarşısını almaq lazımdır. Bu, ancaq beynəlxalq ictimaiyyətlə birgə ola bilər. Nə qədər çox ölkə sanksiyalarda iştirak etsə, bir o qədər güclü mesaj verilmiş olacaq”, - deyə ameriaklı analitik əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin