“Terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
İrandakı səfirliyimizin kameraları vaxtı 24 dəqiqə erkən göstərib – XİN
“08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralayıb”.
A.Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Bizim.Media