Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə baş verən dəhşətli zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Bir qədər sonra isə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarənin də hazırlanmasına başlanılıb və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ olub. Zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 yaralı var. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:38 / 06.02.2023
Prezidentdən Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı paylaşım – FOTO
Hazırda oxunan: Prezidentdən Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı paylaşım – FOTO
Hazırda oxunan: Prezidentdən Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı paylaşım – FOTO
118683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.