Türkiyədə baş verən zəlzələ zamanı Diyarbəkir və digər bir çox rayonda güclü dağıntılar olub. Son məlumata görə, ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb.
Bəs dağıntılar zamanı ölən və yaralanan Azərbaycan vətəndaşları da varmı?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, bu barədə hələ ki, dəqiq məlumat yoxdur. Lakin araşdırmalar davam etdirilir. Zərərçəkən azərbaycanlılar üçün qaynar xətt də yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə zəlzələdə ölənlərin sayı 76-ya çatdı, 440 yaralı - FOTO/VİDEO
“Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 535 577 6168 nömrəli qaynar xətt vasitəsiylə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, - deyə səfirliyimizdən rica edilib.
Tehran Orucoğlu, Bizim.Media