Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə C.Bayramov bazar günü özünün "Twitter" səhifəsində yazıb.
"Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - deyə XİN rəhbəri bildirib.
Xatırladaq ki, Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyənin Alanya şəhərində dünyaya gəlib.
1991-ci ildə ABŞ-ın Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. O, Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:16 / 05.02.2023
Çavuşoğlunun 55 yaşı tamam oldu - Ceyhun Bayramov təbrik etdi
Hazırda oxunan: Çavuşoğlunun 55 yaşı tamam oldu - Ceyhun Bayramov təbrik etdi
Hazırda oxunan: Çavuşoğlunun 55 yaşı tamam oldu - Ceyhun Bayramov təbrik etdi
118588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.