““Freedom House”x9d erməni lobbiçilərinə xidmət edir”x9d

Hazırda oxunan: ““Freedom House”x9d erməni lobbiçilərinə xidmət edir”x9d

118474
“Freedom House”x9d beynəlxalq hüquq müdafiə təşkilatı 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı “2016-cı ildə dünyada azadlıqlar”x9d adlı hesabatını açıqlayıb. 

Hesabatda Azərbaycan Respublikasını “qeyri-azad ölkə”x9d kimi qeyd edilib. Təşkilatın bu acıqlaması Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb. 

Bununla bağlı mətbuata etirazını bildirən QHT rəhbəri Niyaməddin Orduxanlı bildirib ki, “Freedom House”x9d təşkilatının açıqladığı bəyanat birbaşa Azəraybaycana olan qərəz və nifrətdən irəli gəlir: 

“Açıq - aşkar demək olar ki, bu təşkilat daim Azərbaycanın milli maraqlarının əleyhinə fəaliyyət göstərib. Bilirsiniz ki, bu təşkilatın rəhbərliyində olan şəxslərin dünyada fəaliyyət göstərən erməni lobbiçiləri ilə yaxın münasibətləri ilə seçilib. Hər zaman bu xətti görməmək mümkün deyil. Bunlar qeyd edirlər ki, Azərbaycan “qeyri-azad ölkə”x9ddir, Ermənistan isə “yarım ”“ azad ölkə”x9d Bu necə ola bilər?! Ermənistanda son prezident seçkilələrində nəticələrlə etiraz edən minlərlə vətəndaş hakimiyyət qüvvələri tərəfindən güllə-boran edilir. Rəsmi məlumata görə, onlarla mitinq iştirakçıları qətlə yetirilir. Yüzlərlə insan həbs edilir, döyülür, təqib olunur. Bu gün Ermənistanda onlara jurnalist, vətəndaş cəmiyyətinin nümayəndələri və s. insanlar həbsdədir. İnsan hüquqları çox pis vəziyyətdədir. Hətta günün gönorta çağı Ermənistan parlamentinin spikeri güllələnir, baş nazir qətlə yetirilir. Bütün bunlar Ermənistanda baş vermiş hadisələrdir. Belə olan halda Ermənistan  “yarım-azad ölkə”x9d olur? Necə də özlərini gülünc vəziyyətə qoyublar. Göründüyü kimi, bu təşkilatlar yalnız Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçün hər fürsətdən istifadə edir, bəhrələnir və bəlli dairələrin sifarişlərini, istəklərini icra etməklə məşğul olurlar. Bu təşkilatın rəhbərliyinə olan şəxslər bilməlidir ki, Azərbaycan ictimaiyyəti onların qərəzli olduqlarını çox yaxşı bilir.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin