Aİ komissarı: “Enerji təhlükəsizliyi bizi düşündürən birinci məsələdir”

Hazırda oxunan: Aİ komissarı: “Enerji təhlükəsizliyi bizi düşündürən birinci məsələdir”

118217

“Bu gün apardığımız müzakirə enerji bazarlarının qlobal səviyyədə dəyişməsi şəraitində baş tutur. Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə bizi düşündürən birinci məsələdir”.

Bizim.Media xəbər verir ki, bu fikri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Bu səbəbdən bu gün Məşvərət şuralarının toplantıları mühüm fürsət hesab olunur. Bu, göstərir ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin