“Xəzər qazı barədə İlham Əliyevin təminatları Avropa bazarları üçün sabitliyi təmin etdi” - Klaus Yohannis

Hazırda oxunan: “Xəzər qazı barədə İlham Əliyevin təminatları Avropa bazarları üçün sabitliyi təmin etdi” - Klaus Yohannis

118211

“2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təşkilatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi”.

Bizim.Media xəbər verir ki, bu fikri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Azərbaycanın bərpaolunan enerji potensialını AÇIQLADI


Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları tələb edir.

“Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”, - deyə Rumıniya Prezidenti vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin