Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya baş sağlığı verib

Hazırda oxunan: Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya baş sağlığı verib

11813

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


Nazirlər Kabinetindən verilən məlumat görə, məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.

Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.

Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin