Aktau şəhərində Azərbaycan-Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTO

Hazırda oxunan: Aktau şəhərində Azərbaycan-Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTO

118099

Qazaxıstanın Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib.

Bizim.Media xəbər verir ki, Forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Yessenov Universitetinin və Azərbaycan Mərkəzinin tərəfdaşlığı ilə "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. 

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulu vəzifəsini icra edən Elçin Məmmədov forumda qazax dilində çıxış edib. O Azərbaycan - Qazaxıstan münasibətlərindən danışıb, iki ölkənin dostluğundan bəhs edib.


Milli Məclisin üzvü, deputat Vüqar İskəndərov çıxışında bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir:

"Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Gənclərimiz bütün sahələrdə, istər elm, istər idman, istər hərbi və digər sahələrdə həmişə Azərbaycanın bayrağını zirvələrə daşımağı bacarırlar. Əlbəttə onlar üçün bu şəraitin yaradılması da həmin gənclərin üzə çıxmasında mühüm rol oynayır".


Tədbirdə çıxış edən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov da öz növbəsində Azərbaycan və Qazaxıstan münasibətləri haqda danışıb. O bildirib ki, Azərbaycan gəncləri Qazaxıstanda aktiv şəkildə proseslərdə iştirak edir, hər iki ölkənin həqiqətlərinin dünyaya çatdırılmasına yardımçı olur.


Daha sonra çıxış edən Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov forumun keçirilməsində dəstək olan Azərbaycan Gənclər Fondunda təşəkkür edib.


Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov çıxışında fondun fəaliyyəti və beynəlxalq layihələr verdiyi dəstək haqda danışıb.


Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhər Məsləhətinin üzvü Şəmsəddin Hüseynov, Yessenov Universitetinin prorektoru Əskər Seyidəliyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Qazaxıstan - Azərbaycan əlaqələrindən danışıblar.


Forum daha sonra panel şəklində davam edir.

Azərbaycan - Qazaxıstan əlaqələri "dünən, bu gün, sabah" və "Azərbaycan - Qazaxıstanın gənclər siyasəti" müzakirə edilib. 

Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov və "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda məlumat verib.

Sonda forum iştirakçılarına sertifikatlar təqdim edilib.

Bizim.Media

























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin