“Türkiyə-Rusiya monitorinq mərkəzi Ermənistanla sərhədə köçürülməlidir” – Komitə sədri 

Hazırda oxunan: “Türkiyə-Rusiya monitorinq mərkəzi Ermənistanla sərhədə köçürülməlidir” – Komitə sədri 

117818

“NATO-nun Əfqanıstanda və İraqda cinayətlər törətdiyi üçün qovulan, Fransanın Afrikadan nifrətlə çıxarılan qüvvələrini sərhəd monitorinqinə cəlb edirlər. Ermənistana tərəf atılan hər gülləni aktlaşdırıb saxta beynəlxalq mövqe formalaşdıraraq, ölkəmiz əleyhinə BMT qətnamələrini qəbul edəcəklər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

“Halbuki torpaqlarımız işğal altında olanda 30 il ərzində Monitorinq Missiyası iki dəfə işğal bölgəsinə gəldi, lakin heç birində yeddi rayonun və 100 minlərlə evin yer üzündən silinməsini görmədi. İndi sərhəd boyu düzüləcək hərbi missionerlər orduzumun qarşısına canlı sipər çəkəcəklərini düşünürlər.

Belə mürəkkəb vəziyyətdə alternativ tədbirlərdən biri Ağdamda yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzinin Ermənistanla sərhədə yerini dəyişməsidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır”, - deyə komitə sədri əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin