“Səfirliyimizə qarşı törədilən terror aktı ərazimizə təcavüz kimi qiymətləndirilməlidir. Bu hücum İran ali rəhbərliyinin mövqeyidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.
“İran dövlətinin mahiyyəti budur. İranla bütün münasibətlərə son qoyulmalı, bütün layihələr dayandırmalıdır. Çünki İran Azərbaycana qarşı bütün kartlarını açaraq, bizə hücum edib. Biz də onlara güzəştə getməməliyik.
İran agentura şəbəkəsinin araşdırılmasına başlanılıb. Ümidvaram ki, hüquq-mühafizə orqanları bu istiqamətdə sona qədər gedərlər və nəticədə İranın yaratdığı şəbəkə tamamilə ifşa edilər. İran bizə müharibə elan edib, biz də buna uyğun cavab verməliyik”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:57 / 01.02.2023
“İran bizə müharibə elan edib, buna uyğun cavab verməliyik” – Fəzail Ağamalı
Hazırda oxunan: “İran bizə müharibə elan edib, buna uyğun cavab verməliyik” – Fəzail Ağamalı
Hazırda oxunan: “İran bizə müharibə elan edib, buna uyğun cavab verməliyik” – Fəzail Ağamalı
117808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.