İsrailin müdafiə naziri səfirliyimizə edilən silahlı hücumu qınadı

Hazırda oxunan: İsrailin müdafiə naziri səfirliyimizə edilən silahlı hücumu qınadı

117791

Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Qalant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, ölkələrimiz arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik məsələlərini və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin