“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.
Bizim.Media xəbər verir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Bundan sonra Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq.
Qeyd edək ki, müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:16 / 01.02.2023
Haaqada Azərbaycanın müraciəti üzrə keçirilən dinləmələr bitdi – Müzakirələr başlayır
Hazırda oxunan: Haaqada Azərbaycanın müraciəti üzrə keçirilən dinləmələr bitdi – Müzakirələr başlayır
Hazırda oxunan: Haaqada Azərbaycanın müraciəti üzrə keçirilən dinləmələr bitdi – Müzakirələr başlayır
117726
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.