Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı – Prezidentdən FƏRMAN 

Hazırda oxunan: Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı – Prezidentdən FƏRMAN 

117698

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Terrorçuluq və silah yayılmasının maliyyələşdirilməsinə qarşı SANKSİYA QAYDALARI təsdiqləndi


Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı – hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə yaradılacaq və idarə olunan internet informasiya ehtiyatı olacaq. 

Fərmana görə, aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir. Dövlət Təhlükəsizliyi Xidməti həmin müraciətə dərhal baxmalıdır. 

Fərmana əsasən, aşağıdakı fiziki şəxslər və qurumlar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər: 

- terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar; 

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar; 

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar. 

Qanun layihəsi ilə bağlı daha ətraflı linkdə:  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin