Prezident Maliyyə Monitorinqi Xidməti haqqında fərman imzalayıb

Hazırda oxunan: Prezident Maliyyə Monitorinqi Xidməti haqqında fərman imzalayıb

117686

Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq edilməsi barədə 23 fevral 2009-cu il tarixli fərmanının ləğv olunmasına dair fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, Xidmətin fəaliyyətinin əsas məqsədi ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Qurum həmin qanuna uyğun olaraq müvafiq sahədə monitorinq həyata keçirməli, öhdəlik daşıyan şəxslər, qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplamalı, şübhəli halları müəyyən etməli, o cümlədən risk qiymətləndirməsinin aparılması məqsədilə taktiki, strateji təhlil metodlarından istifadə etməklə təhlil etməli, şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirməli, həmçinin təhlilin nəticələrinə əsasən tədbirlər görməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin