Azərbaycana qarşı sanksiyalar məsələsinə baxılmır - Josep Borrell 

Hazırda oxunan: Azərbaycana qarşı sanksiyalar məsələsinə baxılmır - Josep Borrell 

117657

“2022-ci ilin dekabr ayının əvvəlindən Avropa İttifaqı Laçın yolunda baş verənləri diqqətlə izləyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Avropa Parlamentinin deputatı Asita Kankonun “Laçın yolunun bağlanmasına görə Azərbaycana qarşı sanksiya tətbiq ediləcəkmi?”  sualını cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün alətlərindən sadəcə biridir və Azərbaycanla bağlı belə məsələyə baxılmır.
“Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq vasitəsilə həll yollarının tapılmasına yönəlib və hər iki ölkənin liderləri buna sadiqliklərini ifadə ediblər”, deyə o yekunlaşdırıb.

Xatırladaq ki, ermənilərin və Avropa Parlamentinin deputatı Asita Kankonun iddia etdiyi kimi, Laçın yolu bağlı deyil, açıqdır. Hər gün bu yolla BQXK-nın və rus sülhməramlılarının 100-ə yaxın avtomobili keçir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin