Nazir müavini: “Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur”

Hazırda oxunan: Nazir müavini: “Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur”

117636

“Ermənilərin minalarla bağlı dəqiq məlumatları paylaşmaqdan boyun qaçırması səbəbindən mülki Azərbaycan vətəndaşları ağır yaralanır və həlak olur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın keçmiş məcburi köçkünləri mina təhlükəsi ilə əlaqədar olaraq öz evlərinə sağ-salamat qayıtmaq hüquqlarından istifadə edə bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Beynəlxalq Məhkəmədə biabır oldu - Laçın yolu ilə bağlı sübutları təqdim edə bilməyib - VİDEO


"Məhkəmənin 2021-ci ildə qəbul etdiyi müvəqqəti tədbirlərlə bağlı qərarının elan edilməsindən sonra mina partlayışları nəticəsində 45 nəfər Azərbaycan vətəndaşı həlak olub. Qurbanların sayı artmaqda davam edir", - E.Məmmədov bildirib.

Onun sözlərinə görə, ən son ötən ilin dekabrında əvvəllər işğal olunmuş Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində minanın partlaması nəticəsində 7 azərbaycanlı yaralanıb, 1 nəfər ölüb.

"Bu kənd Azərbaycan-Ermənistan sərhədindən 25 km aralıda yerləşir və nə Birinci, nə də İkinci Qarabağ müharibəsi zamanı kəndin ərazisindən heç bir müdafiə xətti keçməyib. Partlayışda yaralananların 4 nəfəri mühüm yenidənqurma işləri ilə məşğul olan telekommunikasiya şirkətinin mülki işçiləri olub”, - nazir müavini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin