Deputatlar Strasburqa gedirlər...

Hazırda oxunan: Deputatlar Strasburqa gedirlər...

117608
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 30-dək Strasburqda səfərdə olacaqlar.

Moderator.az xəbər verir ki, parlamentdən APA-ya verilən məlumata görə, sessiyanın birinci günündə AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

İclasda “Dağlıq Qarabağ və Sərsəng su anbarı”x9d və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib”x9d adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul ediləcək. 

Sessiya çərçivəsində Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovodakı vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız gündəlikdə duran məsələlərlə bağlı çıxışlar edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin