QDİƏT-dən Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı BƏYANAT

Hazırda oxunan: QDİƏT-dən Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı BƏYANAT

117420

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Tehranda Azərbaycan səfirliyinə edilmiş terror hücumu ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda insidentin terror hücumu olduğu vurğulanıb və buna görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğu qeyd olunub:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi 2023-cü il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə bir əməkdaşın qətlə yetirilməsi, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror hücumunu şiddətlə qınayır.

Daimi Beynəlxalq Katiblik həlak olanın ailəsinə, Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı verir və yaralılara sürətlə sağalmalarını arzu edir.

Diplomatik missiyalara hücumlar tamamilə qəbuledilməzdir. Daimi Beynəlxalq Katiblik zorakılıq və terrorçuluğun istənilən təzahürünü rədd edir və bu terror aktına görə məsuliyyət daşıyanların tez bir zamanda ədalət qarşısına çıxarılacağına ümid edir”, - deyə bəyanatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin