“İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfovun sözlərinə görə, Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılıb.
XİN başçısının müavini qeyd edib ki, silahlı hücum dünyanın 60-dan çox ölkəsinin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənib.
“İran tərəfindən tələb olunub ki, bu cinayət şəffaf şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun və Azərbaycan tərəfinə konkret məlumatlar təqdim edilsin”, - X.Xələfov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:42 / 29.01.2023
Xələf Xələfov: “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”
Hazırda oxunan: Xələf Xələfov: “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”
Hazırda oxunan: Xələf Xələfov: “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”
117321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.