TÜRKSOY-un baş katibi səfirliyimizə terror hücumunu şiddətlə qınadı

Hazırda oxunan: TÜRKSOY-un baş katibi səfirliyimizə terror hücumunu şiddətlə qınadı

117287

“Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu şiddətlə qınayıram”.

Bizim.Media xəbər verir ki, bu fikir Türkdilli Ölkələrin Beynəlxalq Mədəniyyət Təşkilatı - TÜRKSOY-un baş katibi Sultan Rayevin Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə bağlı başsağlığında yer alıb.

“Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm,”- TÜRKSOY-un baş katibi əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin