Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.
Qeyd edək ki, Ceyhun Bayramov və Hikmət Hacıyev bu gün Azərbaycanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirak etdiyi bir sıra tədbirlərdə olublar.
Sabah isə hər iki rəsmi şəxs ezamiyyətdə olacağı üçün bu gün Orxan Əsgərovun ailəsinə baş çəkiblər.
Ceyhun Bayramov və Hikmət Hacıyev şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:41 / 28.01.2023
Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO
117215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.