“Böhrandan çıxmaq üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”x9d.
Bunu Moderator.az-a
açıqlamasında “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib.
M.Əliyevin sözlərinə görə, ayrı-ayrı qərarlarla vəziyyəti yaxşılaşdırmaq, ciddi
mənada müsbət dəyişikliyə nail olmaq mümkün deyil:
“Hesab edirəm ki, mövcud
vəziyyətdən çıxmaq üçün verilən ayrı-ayrı qərarlar kifayət deyil. Çünki hazırkı
situasiya kompleks tədbirlərin keçirilməsini, sistemli addımların atılmasını tələb
edir. Yaranmış böhrandan yalnız bu yolla xilas olmaq olar. Bu gün isə bizdə bu
cür kompleks tədbirlər nəzərə çarpmır. Problemin həlli istiqamətində ayrı-ayrı
qərarlar verilir ki, bu da hökumətdə yaranmış böhran və ondan çıxış yolları ilə
bağlı vahid bir mövqeyin olmadığını göstərir. Belə olan təqdirdə isə vəziyyətin
yaxşılaşacağına ümid etmək olmaz”x9d.
Seymur Əliyev

































































































