Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan-İtaliya Birliyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı səfirliyinə xain hücumu hiddətlə pisləyib.
Beynəlxalq birliyə ünvanlanan bəyanatda 27 yanvar 2023-cü il tarixində törədilmiş qanlı olay İran xüsusi xidmətləri tərəfindən hazırlanmış terror aktı kimi qiymətləndirilib.
İranın və Ermənistanın regionda insanlığa və beynəlxalq hüquq normalarına zidd davranışına diqqəti cəlb edən soydaşlarımız dünya ictimaiyyətini ədalətli mövqe tutmağa, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
04:36 / 28.01.2023
Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət etdi
Hazırda oxunan: Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət etdi
Hazırda oxunan: Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət etdi
117091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.