“Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirik. Azərbaycanın Tehranda yerləşən səfirliyinə edilən alçaq və vəhşicəsinə hücum Azərbaycan dövlətinin ölkə bütövlüyünə qəsd kimi qiymətləndirilməlidir”.
Bu barədə Bizim.Media-ya açıqlamasında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Fedarsiyasının qurucu rəhbəri Seyfəddin Ayakyay danışıb.
O bildirib ki, tarixi Azərbaycan torpaqlarında hökmranlıq edən, 40 milyonluq Azərbaycan türkünü məhrumiyyət içində saxlayan, Ermənistanla qardaşlıq yaradan rejim Kəbə bütləri kimi dağılmağa məhkumdur:
“Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün başlatdığı 44 günlük müharibədən qalib ayrılması; tarixi Azərbaycan torpaqları üzərində hökümranlıq edənlərin “qarın” ağrılarını artırdıqca Azərbaycana qarşı hücumlar təşkil edirlər.
Fransada Azərbaycan səfirliyinə edilən hücumdan sonra Tehranda törədilən çirkin hücum İranda “Güney Azərbaycan”ın doğulmasının sancısı kimi qiymətləndirilir. Azərbaycan və Türkiyənin xarici ölkələrdəki səfirliklərinə çirkin hücumu həyata keçirən “ilan” axırda onu bəsləyənləri zəhərləyəcək”.
“Günəşi palçıqla örtmək olmaz”! Azərbaycan gücləndikcə Türk Dövlətləri Təşkilatları dəmir yumruğunu masaya vuraraq ortaq haqq və mənfəətlərini qoruyacaqlar”, - deyə Seyfəddin Ayakyay vurğulayıb.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:15 / 27.01.2023
Seyfəddin Ayakyay: “Bu hücum İranda “Güney Azərbaycan”ın doğuluş sancısı kimi qiymətləndirilir”
Hazırda oxunan: Seyfəddin Ayakyay: “Bu hücum İranda “Güney Azərbaycan”ın doğuluş sancısı kimi qiymətləndirilir”
Hazırda oxunan: Seyfəddin Ayakyay: “Bu hücum İranda “Güney Azərbaycan”ın doğuluş sancısı kimi qiymətləndirilir”
117026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.