Bu gün səhəri bütün azərbaycanlılar Tehrandan gələn acı xəbərlə açdı. Azərbaycanın İrandakı səfirliyinin binası terror hücumuna məruz qaldı. Nəticədə, bir səfirlik əməkdaşımız şəhid oldu, iki nəfər isə yaralandı.
Hadisə ilə bağlı araşdırmalar gedir. İran tərəfindən gələn ilkin açıqlama o oldu ki, hadisə ailə-məişət zəmnində baş verib.
Lakin elin gözü tərəzidir. İranın Azərbaycana qarşı münasibəti, eləcə də yaxşı aşina olduğumuz erməni terroru ehtimalları hadisənin heç də Tehran rəsmilərinin dediyi formada baş vermədiyini görməyə kifayət edir.
Digər tərəfdən, beynəlxalq hüquqa görə səfirlik binası harada yerləşməsindən asılı olmayaraq bağlı olduğu ölkənin ərazisi hesab olunur. Buna görə də, səfirliyimizə hücumun hansı zəmində baş verməsi olayın terror aktı olması gerçəyini dəyişdirmir.
Bütün dünya da hadisəni bu cür qəbul edir, Azərbaycana dost olub-olmamasından asılı olmayaraq, hadisəni pisləyən bəyanatlarla çıxış edirlər.
Və “ağıllının” biri çıxır səhnəyə...
Bütün bunlar baş verərkən, Avropada oturub, Azərbaycana düşmən kəsilən bloqerin biri çıxıb ağzına gələni, daha doğrusu ona tapşırılanı deməyə başlayır. Nə hücumun dövlətimizə, xalqımıza qarşı olması, nə də şəhid verməyimiz görünür onun vecinə deyil.
Söhbət “Azad söz” “Youtube” kanalının sahibi Tural Sadıqlıdan gedir. Bu şəxs hadisənin mətbuatda yayılmasından cəmi 2 saat sonra öz kanalından video paylaşıb və guya hadisənin təfərrüatlarını bütün “gerçəkliyi” ilə izləyicilərilə bölüşüb.
Və hadisəyə elə bir səbəb göstərib ki, heç İran mətbuatının özü də bu ehtimalı utanıb dilə gətirməyib. Tural deyir ki, guya terrorçunun arvadı 10 aydır Azərbaycandan İrana gələ bilmir.
Buna görə də həmin şəxs mütəmadi olaraq Azərbaycan səfirliyini gedib-gəlirmiş:
“Axırıncı dəfə gələndə isə Azərbaycan səfirliyinin əməkdaşlarından biri onun problemini həll edəcəyini deyərək, pul istəyib. O da pulun arxasına keçib. Yasin (həmin terrorçu) sonra dəfələrlə səfirliyə müraciət etsə də onu qovublar. Bu dəfə isə silah tapıb, səfirliyə hücum edib”.
Bu fikirlərin absurdlarla dolu olduğunu uzun-uzadı yazmağa, arqumentlər gətirməyə ehtiyac belə yoxdur. Gəl gör ki, T.Sadıqlı o qədər alçalıb, rəzil duruma düşüb ki, şəhidimizə rüşvətxor damğası yapışdırmağı belə özünə rəva bilib.
Ağadan nökərə tapşırıq
Lakin məsələnin digər tərəflərinə diqqət yetirməkdə fayda var. Tural Sadıqlı Avropada oturub, bir neçə saat ərzində bu hadisəni təfsilatilə necə araşdırıb? Özü də İran kimi qapalı bir ölkədən bu cür məlumatlar necə gedib ona çatıb?
Bununla yanaşı, hadisədən sonra nə İran mətbuatında, nə də Azərbaycana qarşı ən radikal çıxışlar edən mollaların dilindən bu ehtimal dilə gətirilməyib. Bəs, Sadıqlı bu məlumatları necə, hardan əldə edib?
Suallar çoxdur. Cavab isə birdir. Tural Sadıqlının özbaşına bu cür məlumatlar alması, yaxud özündən belə ssenarilər uydurması və sonra da bu formada tirajlamasının ehtimalı belə yoxdur.
O zaman qalır sonuncu sual:
Ona bu feyki tirajlamağın göstərişini kim verib?
Təbii ki, İrandan olan ağaları. Məqsəd də aydındır, xalqımızı çaşdırmaq və günahkardan hədəfi yayındırmaq. Amma Tural bu dəfə də hədəfi yayındıra bilmədi. Tam əksinə öz iç üzünü çılpaqlığı ilə nümayiş etdirdi. Və artıq Sadıqlı Turalın İranın sadiq tulası olduğuna şübhə yeri qalmadı.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:45 / 27.01.2023
Tural Sadıqlı İran agenti olduğunu sübut etdi – VİDEO
Hazırda oxunan: Tural Sadıqlı İran agenti olduğunu sübut etdi – VİDEO
Hazırda oxunan: Tural Sadıqlı İran agenti olduğunu sübut etdi – VİDEO
117025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.