Fransa səfiri Azərbaycana başsağlığı VERDİ

Hazırda oxunan: Fransa səfiri Azərbaycana başsağlığı VERDİ

116992

“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim”.

Bizim.Media xəbər verir ki, bunu Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon tviterdə yazıb.

O, Azərbaycan xalqına, Xarici İşlər Nazirliyindən çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin