Mərakeş Azərbaycana başsağlığı VERDİ

Hazırda oxunan: Mərakeş Azərbaycana başsağlığı VERDİ

116988

Mərakeşin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.

Bu barədə Bizim.Media-ya səfirlikdən məlumat verilib.

“Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi və Azərbaycanın Tehrandakı səfirliyinin daha iki əməkdaşının yaralanması xəbəri bizi dərindən kədərləndirib. Mərakeş səfirliyi O.Əsgərovun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”, - qeyd edilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin